İsrail İranlı komandiri öldürdü

İsrail İranlı komandiri öldürdü
Gündəm 01 Aprel 2024 22:09

İsrailin İranın Dəməşqdəki konsulluğunun binasına endirdiyi hava zərbəsi nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən briqada generalı Məhəmməd Rza Zahidinin həyatını itirdiyi açıqlanıb.

Sitat.info xəbər verir ki, İranın yarı rəsmi Təsnim xəbər agentliyi İnqilab Keşikçiləri Ordusunun komandirlərindən briqada generalı Zahidinin İsrailin İranın Dəməşqdəki səfirliyinin yanındakı konsulluq binasına endirdiyi hava zərbəsi nəticəsində həlak olduğunu açıqlayıb.

Bildirilib ki, Zahidi vaxtilə İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin Suriya və Livan zabiti olub.

Kənan Yusif

Sitat.info