Putin Rusiyanın nüvə müharibəsinə hazır olduğunu bildirib

Putin Rusiyanın nüvə müharibəsinə hazır olduğunu bildirib
Dünya 13 Mart 2024 13:27

Rusiya hərbi-texniki baxımdan nüvə müharibəsinə hazırdır.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, strateji nüvə qüvvələri daima döyüş hazırlığı vəziyyətində olurlar.

Putin Moskvanın hansı halda nüvə silahından istifadəyə hazır olacağı ilə bağlı sualı isə "Rusiya dövlətinin mövcudluğundan söhbət gedərsə" deyə cavablandırıb.