İranın cənubundakı neft emalı zavodunda partlayış baş verib

İranın cənubundakı neft emalı zavodunda partlayış baş verib
Gündəm 07 Mart 2024 13:00

İranın cənubundakı Bəndər Abbas Neft Emalı Zavodunda baş verən partlayışda ölən və yaralananların olduğu açıqlanıb.

Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, Hörmüzqan əyalətindəki Bəndər Abbas neft emalı zavodunda partlayış baş verib. Partlayışın səbəbi hələlik məlum deyil.

Neft emalı zavodunda yanğına səbəb olan partlayışda ölən və yaralananların olduğu bildirilib.

İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Kənan

Sitat.info