Nömrə yerinə “Qatil 78 leş” yazan sürücü saxlanıldı

Nömrə yerinə “Qatil 78 leş” yazan sürücü saxlanıldı
Gündəm 19 Fevral 2024 18:00

Bu gün “Koroğlu” metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Prius” markalı avtomobil diqqəti özünə çəkib.

Belə ki, avtomobilin dövlət qeydiyyat nişanının yeri dəyişdirilib, onun yerinə isə “Qatil 78 leş” sözləri yazılıb.

Sitat.info xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Oxu.az-a açıqlamasında sosial şəbəkə seqmentlərində və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügüdən nəqliyyat vasitəsinin sürücüsünün saxlanıldığını bildirib.

Onun barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir.