Hərbi helikopter qəzaya uğradı: ölənlər var

Hərbi helikopter qəzaya uğradı: ölənlər var
Dünya 08 Fevral 2024 20:35

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə Əlcəzair Prezident Admistrasiyası məlumat yayıb.

“Planlaşdırılmış gecə təlimi zamanı Hərbi Hava Qüvvələri Komandanlığının hərbi helikopteri Əl-Maniyə hava limanının yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı 3 ekipaj üzvü həlak olub”, - məlumatda qeyd edilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.