İlham Əliyevə dəstək konserti keçirilir

İlham Əliyevə dəstək konserti keçirilir
Gündəm 07 Fevral 2024 21:24

Heydər Əliyev Mərkəzinin qarşısında hazırki prezident İlham Əliyevə dəstək konserti keçirilir.

Sitat.info xəbər verir ki, konsertə minlərlə insan toplaşıb.

Konsert proqramında mədəniyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkisi baş tutub. "Ekzit-poll"arın nəticələrinə görə, seçicilərin yüksək fəallığı ilə keçirilən seçkilərdə İlham Əliyev inamlı qələbə qazanıb.