Kreml İrəvanın BCM-yə üzv olmasına reaksiya verdi

Kreml İrəvanın BCM-yə üzv olmasına reaksiya verdi
Dünya 01 Fevral 2024 18:25

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması bu ölkənin suveren hüququdur.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim üçün vacibdir ki, bu cür qərarlar dəyər verdiyimiz və daha da inkişaf etdirəcəyimizə ümid etdiyimiz ikitərəfli münasibətlərə mənfi təsir göstərməsin”, - o bildirib.

Qeyd edək ki, bugündən Ermənistan rəsmən Beynəlxalq Cinayət Məhkəməsinə üzv olub.

//Axar.az