Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək
Gündəm 10 Aprel 2022 16:10

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi  11.04.2022-ci il tarixdən 16.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.