Tiflisdən Bakıya uçuşlar ləğv edildi - SƏBƏB

Tiflisdən Bakıya uçuşlar ləğv edildi - SƏBƏB
Gündəm 12 Yanvar 2024 11:00

Əlverişsiz hava şəraiti ilə əlaqədar Tiflis Beynəlxalq Hava Limanından bir sıra istiqamətlərə uçuşlar həyata keçirmək baş tutmayıb.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Bildirilib ki, xüsusilə də Bakı, İstanbul, Münhen, Riqa, Dubay istiqamətlərində uçuşlar ləğv edilib.