Kütləvi raket hücumları təkrarlana bilər - Umerov

Kütləvi raket hücumları təkrarlana bilər - Umerov
Dünya 29 Dekabr 2023 17:30

Ukraynanın müdafiə naziri Rüstəm Umerov Rusiyanın kütləvi raket hücumlarının təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, o, bu barədə Feysbukda yazıb.

Nazir bildirib ki, Rusiyanın kifayət qədər raket ehtiyatı var:

“Qarşı tərəf belə hücumları təkrarlaya bilər və təkrarlayacaq”.

Qeyd edək ki, bu gün Ukraynaya kütləvi raket hücumu həyata keçirilib. Nəticədə 19 adam həlak olub.