Uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir

Uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir
Gündəm 22 Dekabr 2023 12:17

Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir.

Sitat.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.