Şahin Bağırov rəisi təqaüdə göndərdi - Foto

Şahin Bağırov rəisi təqaüdə göndərdi - Foto
Gündəm 04 Dekabr 2023 11:59

Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov təqaüdə göndərilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, İ.Osmanov 2009-cu ildən Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi idi.