İsrail ordusu Livandan gələn hücumlara qarşılıq verdiyini açıqlayıb

İsrail ordusu Livandan gələn hücumlara qarşılıq verdiyini açıqlayıb
Gündəm 23 Noyabr 2023 13:21

İsrail ordusu Livandan gələn hücumlara cavab verdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Ordudan verilən açıqlamada gecə saatlarında Livandan İsrail təyyarəsinə qarşı yer-hava tipli raketin atıldığı bildirilib.

Açıqlamada sözügedən raketin İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi, raketin atıldığı nöqtəyə hava hücumu təşkil edildiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info