İrəvanda partlayış: ölü və yaralılar var - Video

İrəvanda partlayış: ölü və yaralılar var - Video
Gündəm 17 Noyabr 2023 11:48

Ermənistanda İrəvan Dövlət Universitetinin korpuslarının birində partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda ərazidə xilasedicilər işləyir.

Universitetin mətbuat xidmətindən bildirilib ki, Kimya fakültəsinin korpusunun zirzəmisində baş verən partlayışda bir nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Ermənistan Səhiyyə Nazirliyi də olkin məlumata görə, bir nəfərin öldüyünü, yaralıların xəstəxanalara yerləşdirildiyini təsdiqləyib.