İsrail Hizbullah mövqelərini dronlarla vurdu - Video

İsrail Hizbullah mövqelərini dronlarla vurdu - Video
Gündəm 03 Noyabr 2023 13:57

Bu gün səhər saatlarında ÇAXAL (İsrail ordusu) Livandan İsrailin atəşə tutulmasına cavab olaraq Hizbullah terror infrastrukturuna zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə ÇAXAL-ın yaydığı məlumatda bildirilib.

Bildirilib ki, gecə də Har Dov bölgəsində Livandan İsrailə doğru tank əleyhinə raketlər atmağa cəhd edən terror qruplaşması ÇAXAL tankları tərəfindən vurulub.