Bryansk və Kursk vilayətlərinə PUA hücumu edildi

Bryansk və Kursk vilayətlərinə PUA hücumu edildi
Gündəm 01 Noyabr 2023 10:15

Rusiya Müdafiə Nazirliyi Bryansk və Kursk vilayətləri üzərində iki Ukrayna PUA-sını vurub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Noyabrın 1-nə keçən gecə Kiyev tərəfindən Rusiya ərazisində təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları törətmək cəhdlərinin qarşısı alınıb”, - məlumatda deyilib.