Türk kəşfiyyatı PKK-nın "rəhbər şəxsi"ni Suriyada məhv etdi

Türk kəşfiyyatı PKK-nın \"rəhbər şəxsi\"ni Suriyada məhv etdi
Gündəm 28 Oktyabr 2023 12:49

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada keçirdiyi əməliyyatda Derik briqadasının “lideri” olan PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Sitat.info xəbər verir ki, “Şibli Derik”e ləqəbli Məhəmməd Azo ötən il MİT tərəfindən hədəfə alınıb.

Qeyd edək ki, terrorçu 2022-ci il fevralın 2-də Şırnak/Cizre-Silopi yolunda 1-ci Sərhəd Taburu Komandanlığının Yakacık Polis Bölməsinə təşkil edilən və əsgər Tarık Tarcanın şəhid olması, daha üç əsgərin isə yaralanması ilə nəticələnən hücumun planlaşdırılmasındakı iştirakına görə axtarışa verilib.