Şəkidə TIR dərəyə aşdı - Foto

Şəkidə TIR dərəyə aşdı - Foto
Gündəm 27 Oktyabr 2023 13:00

Şəki-Qax avtomobil yolunun 9-cu kilometrliyində, Şəki rayonun İnçə kəndi ərazisində TIR qəzaya uğrayaraq dərəyə aşıb.

Sitat.info xəbər verir ki, yük avtomobilini Gürcüstan vətəndaşı idarə edirmiş.

Avtomobil Qax istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub və aşan “TIR” qaldırıcı kran vasitəsilə dərədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.