AB nazirləri Ermənistan və Azərbaycan üçün toplanır

AB nazirləri Ermənistan və Azərbaycan üçün toplanır
Gündəm 24 Oktyabr 2023 10:00

Ermənistan-Azərbaycan məsələsi noyabrın 13-də Avropa Birliyinə (AB) üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq.

Sitat.info xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, vaxt məhdudiyyətinə görə, AB-yə üzv ölkələrin xarici işlər nazirlərinin dünənki görüşündə Ermənistan-Azərbaycan məsələsini müzakirə etmək mümkün olmayıb və təxirə salınıb:

"Buna görə də məsələ nazirlərin növbəti iclasının gündəliyinə salınmalıdır".