İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 770-ə yüksəlib

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 770-ə yüksəlib
Gündəm 10 Oktyabr 2023 14:20

İsrailin hücumları səbəbindən blokada altında olan Qəzzada ölənlərin sayı 770-ə yüksəlib.

Sitat.info xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi İsrailin hücumları ilə bağlı açıqlama verib.

Açıqlamada, bu hücumlarda ən azı 770 nəfərin həyatını itirdiyi, 4 min adamın isə yaralandığı bildirilib.

Qeyd edək ki, İordan çayının qərb sahilində şənbə günündən bəri ən azı 18 nəfərin öldüyü, 100 nəfərin yaralandığı açıqlanıb.

Seymur Bənnayev

Sitat.info