Cəbrayılda elektrik xətləri tamamilə yerin altında olacaq

Cəbrayılda elektrik xətləri tamamilə yerin altında olacaq
Gündəm 30 Sentyabr 2023 12:17

Gələcəkdə Cəbrayıl şəhərinin elektrik şəbəkəsi tamamilə yeraltı xətlərdən ibarət olmaqla qurulacaq.

Sitat.info xəbər verir ki, bunu əraziyə təşkil olunmuş mediaturda Azərişıq ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

"Ənənəvi yerüstü xətlər olmayacaq, təchizat abonentə qədər yeraltı izolyasiyalı naqillər vasitəsilə həyata keçiriləcək", - deyə o qeyd edib.