Astarada yol çökdü, körpü dağıldı - Foto

Astarada yol çökdü, körpü dağıldı - Foto
Gündəm 19 Sentyabr 2023 12:44

 

Astara rayonunda selin törətdiyi fəsadlar artmaqdadır.

Sitat.info xəbər verir ki, ötən gecə Astara rayonunun Şağlazüzə kəndində Pensər - Şağlazüzə - Şamətük kəndlərini birləşdirən dağlıq yol çöküb. Yolda nəqliyyatın hərəkəti dayanıb.

Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpünü də sel suları dağıdıb.

Ərazidə təmir-bərpa işlərini aparmaq üçün isə öncə, dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.