BMT: Əgər tələb olunarsa, Mərakeşə kömək etməyə hazırıq

BMT: Əgər tələb olunarsa, Mərakeşə kömək etməyə hazırıq
Dünya 12 Sentyabr 2023 19:57

Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdən sonra Birləşmiş Millətlər Təşkilatı hökumətin tələb edəcəyi təqdirdə dəstək verməyə hazır olduqlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçünün müavini Fərhan Haq Mərakeşdə baş verən zəlzələ ilə bağlı yazılı açıqlama verib.

Haq, BMT-nin sentyabrın 8-nə keçən gecə Mərakeşdə episentri Mərakeş şəhərinin Əl-Huz bölgəsi olan 7 bal gücündə zəlzələdən sonra gözləmə vəziyyətində olduğunu ifadə edərək: “Əgər hökumət tələb edərsə, dəstək verməyə hazırıq”, - deyib.

Seymur Bənnayev

Sitat.info