Ermənilər Laçında təxribata əl atdı: Ordumuz dayandırdı

Ermənilər Laçında təxribata əl atdı: Ordumuz dayandırdı
Gündəm 06 Sentyabr 2023 13:46

Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Sitat.info xəbər verir ki, "Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda vurğulanıb.