Bayrağımızı belə təhqir etmişdilər, "Laçın"da yaxalandılar - Video

Bayrağımızı belə təhqir etmişdilər, \"Laçın\"da yaxalandılar - Video
Gündəm 28 Avqust 2023 14:59

Bu gün “Laçın” postunda Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb.

Sitat.info xəbər verir ki, sözügedən insident 2021-ci ildə baş vermişdi.

Belə ki, erməni futbolçular Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər edərək, bunu ictimailəşdirmişdilər.

Azərbaycan Baş Prokurorluğu görüntülərlə bağlı 14 dekabr 2021-ci ildə cinayət işi başlatmışdı.

Həmin görüntüləri təqdim edirik: