İranda polis əməkdaşları güllələndi: ölən var

İranda polis əməkdaşları güllələndi: ölən var
Gündəm 24 Avqust 2023 17:45

İranın Sistan və Bəlucistan əyalətinin Sib və Soran şəhərlərinin polis bölməsinin əməkdaşları ilə naməlum silahlı şəxslər arasında atışma baş verib.

Sitat.info xəbər verir ki, hücum nəticəsində 3 polis əməkdaşı güllə yarası alıb.

Əli Birja Ziba adlı polis əməkdaşı isə xəstəxanaya aparılarkən yolda ölüb.