Ağsuda dağlıq ərazidəki yanğın söndürüldü

Ağsuda dağlıq ərazidəki yanğın söndürüldü
Gündəm 23 Avqust 2023 10:27

Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Sitat.info xəbər verir ki, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.