Krım körpüsünə hücuma Rusiyadan sərt reaksiya

Krım körpüsünə hücuma Rusiyadan sərt reaksiya
Gündəm 12 Avqust 2023 17:04

Ukrayna tərəfindən Krım körpüsünə edilən hücumlar cavabsız qalmayacaq.

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, körpüyə hücumu “vəhşi hərəkət” adlandırıb və deyib ki, belə addımlara haqq qazandırmaq olmaz.

Qeyd edək ki, bu gün Ukrayna ordusu Krım körpüsünə raketlərlə hücum edib.

Məlumata görə, raket hücumları hazırda da davam edir.