Kalininqradda Su-30 qəzası: Ekipaj üzvləri hamısı öldü

Kalininqradda Su-30 qəzası: Ekipaj üzvləri hamısı öldü
Gündəm 12 Avqust 2023 16:11

Rusiyanın Kalininqrad vilayətində bu gün Su-30 təyyarəsi təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.

 Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın Qərb Hərbi Dairəsi məlumat yayıb.

Məlumata görə, hadisə boş ərazidə baş verib. Uçuş sursatsız həyata keçirilib.

Təyyarənin ekipajının həlak olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.

//Axtar.az