ÜST: Sudanda əhalinin 40 faizindən çoxu aclıqdan əziyyət çəkir
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus, münaqişələrin davam etdiyi Sudanda əhalinin 40 faizindən çoxunun aclıq içində olduğunu və bu rəqəmin 2022-ci ilin mayından bu yana iki dəfə artdığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus ÜST-nin həftəlik mətbuat konfransında cari sağlamlıq problemləri ilə bağlı qiymətləndirmələr edib.
Sudanda apreldə başlayan qarşıdurma səbəbindən humanitar vəziyyətin pisləşməsindən çox narahat olduqlarını ifadə edən Ghebreyesus deyib: "Sudan əhalisinin 40 faizdən çoxu aclıqdan əziyyət çəkir. Bu rəqəm keçən ilin may ayından bu yana iki dəfə artıb".
Seymur Bənnayev
Sitat.info