Rusiya: Xarkovda strateji mövqeləri ələ keçirdik

Rusiya: Xarkovda strateji mövqeləri ələ keçirdik
Dünya 08 Avqust 2023 17:48

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya hərbi birləşmələrinin Ukraynanın Xarkov vilayətində Kupyansk istiqamətində əlverişli mövqelər tutduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlama verib.

Rusiya Silahlı Qüvvələrinin hücumlarını davam etdirdiyini deyən Konaşenkov: “Kupyansk istiqamətində “Qərb” hərbi birləşmə qrupunun hücum dəstələri geniş ərazilərdə hücum əməliyyatları zamanı Xarkov vilayətinin Olşana qəsəbəsi yaxınlığında daha əlverişli mövqelər tutdu", - deyib.

Seymur Bənnayev

​​​​​​​Sitat.info