Qarabağda 10-a yaxın məscid tikilir - Şeyx

Qarabağda 10-a yaxın məscid tikilir - Şeyx
Gündəm 28 İyul 2023 11:58

Hazırda azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir.

Sitat.info xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdə erməni işğalçıları məscidləri, müqəddəs məkanları dağıdıb:

“Azad edilən ərazilərdə 10-a yaxın məscidlərin tikintisi davam etdirilir. Hətta kilsələrin də tikintisi həyata keçirilir”.