Zaxarova elan etdi: Top Ermənistandadır

Zaxarova elan etdi: Top Ermənistandadır
Gündəm 20 İyul 2023 14:23

KTMT missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə mühüm töhfə verərdi.

Sitat.info xəbər verir ki, bu sözləri həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Beləliklə, top erməni tərəfdədir”, - diplomat qeyd edib.

Zaxarova xatırladıb ki, “Dağlıq Qarabağ” KTMT-nin məsuliyyət zonasına daxil deyil.