Rusiya MN Qarabağla bağlı məlumat yaydı

Rusiya MN Qarabağla bağlı məlumat yaydı
Gündəm 02 İyul 2023 23:25

Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik bülletenində bildirilib.

Qeyd edilib ki, 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları sutka ərzində vəziyyətə nəzarət edir:

“Son sutka ərzində Rusiya sülhməramlılarının məsuliyyət zonasında atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”.