Şəhid ailələri rayonlarda işlə təmin olunmur

Şəhid ailələri rayonlarda işlə təmin olunmur
Gündəm 31 May 2023 13:37

Şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsi həll edilməlidir.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qənirə Paşayeva deyib.

O qeyd edib ki, şəhid və qazi ailələri rayonlarda işlə təmin olunmur:

“Bu məsələ niyə həllini tapmır? Bu, ciddi araşdırılmalıdır. Eyni zamanda müharibə iştirakçılarının müalicəsi ilə bağlı ciddi addımlar atılmalıdır.

Şəhid ailələrinin ev məsələsi də bu gün ən aktual məsələ kimi gündəmdədir”.