Kılıçdaroğlunun müşaviri: Bir səs də oğurlanmayıb!

Kılıçdaroğlunun müşaviri: Bir səs də oğurlanmayıb!
Dünya 19 May 2023 11:05

Cümhuriyyət Xalq Partiyası sədrinin media və korporativ kommunikasiyalar üzrə baş müşaviri Tuncay Özkan qatıldığı canlı yayımda Millət İttifaqı tərəfdarlarının səslərin oğurlanması iddialarını qəti şəkildə təkzib edib.

Sitat.info xəbər verir ki, Özkan bunların xaos yaratmaq üçün manipulyasiya məqsədilə edildiyini bildirib.

O, CHP-nin tək bir səsin belə oğurlanmasına imkan vermədiyini vurğulayıb.