Baykal gölünün sularında güclü zəlzələ oldu

Baykal gölünün sularında güclü zəlzələ oldu
Gündəm 07 May 2023 19:49

Baykal gölünün sularında 4,4 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Buryatiya üzrə Baş İdarəsi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 22:07-də Kabanski rayonunun Oymur kəndi yaxınlığında baş verib.

“Baykal gölünün sularında 4,4 bal gücündə seysmik hadisə qeydə alınıb. Zəlzələnin episentri Kabanski rayonunun Oymur qəsəbəsindən 22 kilometr şimal-qərbdə yerləşib”, - məlumatda deyilir.

Yeraltı təkanlar Ulan-Ude şəhəri də daxil olmaqla 7 bələdiyyədə hiss olunub./ Publika.az