Azərbaycan və Ermənistan Rusiyanın monopoliyasını qəbul etməmək xəttini götürüb" - Arif Hacılı
Sitat info xəbər verir ki, bu sözləri "LAF TV"-nin efirində Müsavat Partiyasının sədri Arif Hacılı deyib.
A.Hacılının sözlərinə görə, əsas şərtlərdən biri odur ki, Qarabağdan əlisilahlılar çıxarılsın: "Bu 10 noyabr sazişində də öz əksini tapmış məsələdir. Azərbaycan ərazisindən erməni silahlı birləşmələrinin çıxması üçün 2020-i ilin dekabr ayının 1-ə qədər vaxt verilmişdi. Sonradan aparılan müzakirələrdə bu məsələ həll olunmalı idi. Ancaq Ermənistan tərəfi bunu həll etmədi. Əgər Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanacaqsa, siyasi iradə çatacaqsa, bu məsələnin arxasında ABŞ və Avropa İttifaqı dayanacaqsa, təbii ki, Qarabağda olan silahlı birləşmələr tərksilah olacaq".
Partiya sədri vurğuladı ki, Ermənistan vətəndaşının hərbi qulluqçu kimi Azərbaycan ərazisində qalmasi həm Azərbaycan Konstitusiyasina, həm də Ermənistan Konstitusiyasına ziddir.
Məğrur,
Sitat.info