Saxlanılan əsgərimiz Qafan polisindədir

Saxlanılan əsgərimiz Qafan polisindədir
Gündəm 13 Aprel 2023 16:23

Ermənistanda bu gün saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov hazırda Qafan polisindədir.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Ətraflı məlumat verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl qatı duman səbəbindən azaraq, Ermənistan ərazisinə keçən əsgərlər Aqşin Bəbirov (11 apreldə) və Hüseyn Axundov (13 apreldə) düşmən ölkədə saxlanılıblar. Hüseyn Axundov saxlanılarkən dəhşətli işgəncələrə məruz qalıb.