İranın molla rejiminə xidmət ittihamı ilə daha 5 nəfər tutuldu

İranın molla rejiminə xidmət ittihamı ilə daha 5 nəfər tutuldu
Gündəm 12 Aprel 2023 14:19

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

Sitat.info "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, əməliyyatlar zamanı İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.

Onlar - Kənan Yusifzadə, Vüsal Manafov, Bəxtiyar İsazadə, Elyar Nəzərov və Vüqar Süleymanovdur. 
 
Sitat.info-nun əldə etdiyi xəbərə görə, saxlanılan şəxslərdən bəziləri narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.