Azərbaycanlı iş adamı Ukraynada SAXLANDI

Azərbaycanlı iş adamı Ukraynada SAXLANDI
Gündəm 12 Mart 2022 23:10

Ukrayna Milli Kəşfiyyat Xidmətinin xüsusi bölmələri Zakarpat vilayətində ən iri biznes sahiblərindən biri olan azərbaycanlı iş adamı Vaqif Əliyevi saxlayıblar.

Musavat.com “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski bildirib.

Onun hansı səbəblərdən dolayı saxlanıldığı məlum deyil.

Lakin ilkin məlumatlara əsasən, guya Vaqif Əliyevin Rusiya pasportu olduğu ehtimal edilib.