Malavidə tropik qasırğa nəticəsində ölənlərin sayı 40-a çatıb

Malavidə tropik qasırğa nəticəsində ölənlərin sayı 40-a çatıb
Dünya 13 Mart 2023 19:55

Malavidə “Freddi” tropik qasırğası nəticəsində azı 40 nəfər ölüb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Malavi hökumətinin rəsmi nümayəndəsi Çipiliro Xamula məlumat yayıb.

Onun sözlərinə görə, zərərçəkənlər barədə məlumatlar daxil olmaqda davam edir. Malavinin iqtisadi paytaxtı Blantir şəhərinə ətrafındakı bölgəyə daha çox ziyan dəyib.

Daha əvvəl Malavi polisi 11 nəfərin öldüyünü açıqlamışdı.