Vüqar Əliyev Naxçıvan Baş Gömrük idarəsinin rəisi təyin edilib

Vüqar Əliyev Naxçıvan Baş Gömrük idarəsinin rəisi təyin edilib
Gündəm 09 Mart 2023 21:16

Vüqar İsmayıl oğlu Əliyev Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təsdiqlənib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 9-da sərəncam imzalayıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi gömrük xidməti polkovniki Vüqar Əliyev daha öncə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifələrini icra edirdi.