Donetskdə bir gündə Ukraynanın 500 hərbçisi həlak oldu

Donetskdə bir gündə Ukraynanın 500 hərbçisi həlak oldu
Gündəm 04 Mart 2023 16:18

Donetsk istiqamətində Rusiya qoşunlarının “Cənub” qruplaşmasının bölmələrinin aktiv əməliyyatları davam edir.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

"Gün ərzində ərazidə 490-a qədər ukraynalı hərbçi həlak olub və yaralanıb. Ukrayna bölmələri bir tank, üç piyada döyüş maşını, dörd pikap, 9 maşın, həmçinin ABŞ istehsalı olan M777 də daxil olmaqla, bir neçə artilleriya sistemini itirib", - Konaşenkov bildirib.