Vüqar Muradov vəsiyyətini açıqladı - FOTO

Vüqar Muradov vəsiyyətini açıqladı - FOTO
Gündəm 03 Mart 2023 10:02

Müğənni Vüqar Muradov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə izləyiciləri ilə vəsiyyətini bölüşüb.

O bildirib ki, vəfat edən zaman orqanları bağışlanılsın və yas mərasimləri keçirilməsin:

"Həyatdır... Bilmək olmaz. İnsanın başına nə vaxt iş gələr, dünyasını dəyişər. Əziz dostlar vəsiyyət edirəm burada qalsın. Dünyamı dəyişəndə orqanlarım bağışlanılsın və yas mərasimim olmasın. Ailəmə, heç kimə əziyyət verilməsin: "3", "40" və cümə axşamı, il olmasın".