Bayden Ukrayna üzrə fövqəladə vəziyyətin müddətini uzadıb

Bayden Ukrayna üzrə fövqəladə vəziyyətin müddətini uzadıb
Gündəm 01 Mart 2023 23:45

ABŞ Prezidenti Cozef Bayden Ukraynadakı vəziyyətlə əlaqədar fövqəladə vəziyyətin müddətini uzadıb.

Sitat.info xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ölkədə fövqəladə vəziyyətin ildönümünə 90 gün qalmış onun müddətinin uzadılmasına dair qərar Federal Reyestrdə dərc olunmasa və Konqresə göndərilməsə, avtomatik olaraq dayandırılacaq.

ABŞ-da Ukrayna hadisələri ilə əlaqədar fövqəladə vəziyyət haqqında sərəncam hələ 2014-cü ildə tətbiq edilib.