Ordubadda evlərdən oğurluq edən şəxs saxlanılıb

Ordubadda evlərdən oğurluq edən şəxs saxlanılıb
Gündəm 01 Mart 2023 20:29

Ordubad rayonunda evlərdən oğurluq edən şəxs saxlınılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Ordubad RPŞ-nə Qoşadizə kəndində evlərdən birindən oğurluq olması barədə məlumat daxil olub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törədən Səməd Babayev müəyyənləşdirilərək saxlanılıb, oğurladığı pul əsginasları maddi sübut kimi götürülüb.

Şəxs barədə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılıb.