“Azəristiliktəchizat”ın rəhbərliyi Naftalanda vətəndaşları qəbul edəcək

“Azəristiliktəchizat”ın rəhbərliyi Naftalanda vətəndaşları qəbul edəcək
Gündəm 01 Mart 2023 17:32

Martın 30-da, saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, qəbul Şıxəli Qurbanov küçəsi, 77 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində olacaq. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.