Türkiyədə səhər saatlarında zəlzələ oldu

Türkiyədə səhər saatlarında zəlzələ oldu
Dünya 28 Fevral 2023 09:50

Türkiyənin Malatya şəhərində zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Malatyanın Yeşilyurt rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.