Dağıntılar altında qalan 5 yaşlı qız hamını ağlatdı – VİDEO

Dağıntılar altında qalan 5 yaşlı qız hamını ağlatdı – VİDEO
Gündəm 08 Fevral 2023 13:07

Türkiyədə zəlzələ bölgəsində dağıntılar altında qalan 5 yaşlı Yağmurun atasına və xilasetmə qruplarına dediyi sözlər göz yaşlarına səbəb olub.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, 5 yaşlı qızcığaz, “Mən çox üşümüşəm, əllərim ağarıb. Nənəmin, atamın yanına getmək istəyirəm” – deyib. Sonra o, xilas edilərək atasına qovuşub.

Həmin gecə orada hava istiliyinin mənfi 4 dərəcəyə düşdüyü bildirilib.